Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bacısının ərinə qoşulub qaçan qızla bağlı qadağa qoyuldu

Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın və onun qoşulub qaçdığı bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlunun barəsində axtarış elan olunub


Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. 15 yaşlı A.Nağıyevanın tapılması üçün Cəlilabad rayon PoLis Şöbəsində yaradılan əməliyyat qrupu axtarışla bağlı Bakının Qaradağ rayonunun Buta qəsəbəsi və Cəlilabadın ucqar kəndlərində əməliyyat keçirib: "Bununla bağlı Bakıda Buta qəsəbəsində, oğlanın işlədiyi daş karxanalarında əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir nəticə olmayıb. Cəlilabad rayonunun İranla sərhəd ərazilərində yerləşən kəndlərdə də axtarı. aparılıb, həmin şəxslərin gizlənməsi ehtimal edilən ev və obyektlərə baxış keçirilib. Hazırda qızın qaçırılması ilə bağlı axtarışlar davam etdirilir".

Qeyd edək ki, A.Nağıyevanın Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı məlum olub. Bir neçə gün öncə kənd sakinlərindən bir nəfər Ə.Məmmədovu həmin qəsəbədə görüb və bu barədə polisə məlumat verib.

A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyib və həmin şəxs itkin düşən A.Nağıyevanın bacısının həyat yoldaşıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar