Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bacısının qaynanasını beşbarmaqla vurdu


Sumqayıtda xuliqanlıq hadisəsi törədilib


Sumqayıt şəhərində bacısının qayınanasını bıçaqlayan şəxs tutuldu.

ANS TV-nin məlumatına görə, ailə-məişət zəminində yaranmış söz-söhbətlər cinayətə qədər uzanıb. Müəyyən edilib ki, Nuruzadə İdris Fikrət oğlu elə bu cür söz-söhbətlərə aydınlıq gətirməsi üçün qapısına getdiyi bacısının qayınanasına xəsarətlər yetirib. Onun sözlərinə görə, zərərçəkmiş Şəfəq Cümşüdova onun bacısına nalayiq ifadələr işlədərək böhtan atıb və hər şey də bundan sonra yaranıb.

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi İlqar Məmmədovun sözlərinə görə, İdris bacısının qaynanasına beşbarmaq adlanan soyuq silahla bir neçə dəfə xəsarət yetirib. 

İdrisin sözlərinə görə, bacısı əslində öz həyat yoldaşından o qədər də narazı deyilmiş. Elə onun ər evindən qovulması da ərinin deyil, qayınanasının təkidi ilə baş tutub.

Sumqayıt şəhər Polis İdarəsinin istintaqçıları İdrisin bu əməlini cinayət məcəlləsinin xuliqanlıq maddəsinin tələbləri əsasında araşdırıb və ittiham irəli sürübki, əgər zərərçəkmişin aldığı xəsarətin dərəcəsi dəyişərsə, ittiham daha da ağırlaşdırıla bilər. Hələliksə araşdırmalar davam etdirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar