Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Badamdarda iftar süfrəsi təşkil olundu

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır


PİA.AZ xəbər verir ki, bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki «Cümə məscidi»ndə bir neçə iftar süfrələri keçirilib. 

Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında rayon ictimaiyyətin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsində yaşayan şəhid ailələri, müharibə veteranları, əlilər rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələrinin – ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilib.
 
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, iftar süfrəsinin açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirib. 

Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək  iftar süfrələrinin təşkili və bu kimi digər xeyirxaq işlərin görülməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi. 

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev qeyd etdi ki, Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il də Qarabağ müharibəsi veteranlarının nümayəndəsi də daxil olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcəkdir. 

Tədbirdə qeyd olundu ki, iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəkdir. 







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar