Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova Xədicə İsmayılovanın azadlığa çıxmasından danışdı



Milli Məclis sədrinin müavini Bahar Muradova ötən gün Ali Məhkəmənin qərarı ilə jurnalist Xədicə İsmayılovanın şərti azadlığa buraxılmasına münasibət bildirib


PİA.AZ bildirir ki, B.Muradova Ölkə.Az-a açıqlamasında deyib ki, Xədicə İsmayılovanın həbsdən azad olunması normal addımdır:

“Bunu qeyri-adi dəyərləndirmək istəyənlərə mövqeyim ondan ibarət olar ki, burada qeyri-adi heçnə axtarmaq lazım deyil. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, artıq ulu öndər Heydər Əliyevin zamanından bəri ölkədə cinayət və hüquq prosesinin liberallaşdırılması və cəzanın hümanistləşdirilməsi istiqamətində ciddi addımlar atıb. Bu, həm qanunvericilikdə, həm də praktiki addımlarda özünü göstərir. Elə bu yaxınlarda Milli Məclis tərəfindən Amnistiya aktı qəbul edilib. Bu Amnistiya aktı 10 minə yaxın insanı əhatə edir. Bütün bunlara rəğmən Ali Məhkəmə tərəfindən Xədicə İsmayılın şərti azadlığa buraxılması barədə qərar qəbul edilməsi qeyri-adi hadisə deyil”.

B.Muradova qeyd edib ki, Ali Məhkəmə bu qərarı qəbul etməklə, öz səlahiyyətlərindən istifadə edib:

“Hesab edirəm ki, bu normal haldır. Hüquq və məhkəmə praktikasında belə hallar çox olur. Yəni, aşağı instansiyanın qərarı yuxarı instansiyanın qərarı ilə dəyişdirilə bilir. Ona görə də bunu normal hadisə sayıram”.

Xatırladaq ki, mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. X.İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Həmin günü Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

Belə ki, mayın 25-də Xədicə İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Onu da bildirək ki, X.İsmayılova 2014 ilin dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar