Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova məmur övladlarından danışdı


“İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir”.


Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur, buna vətəndaş deyib bölgü aparılmamalıdır: “Əlbəttə, cənab prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı, bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və buna uyğun hərəkət etməlidir. Bunu xüsusi bölgülərə, təbəqələrə bölüb münasibət bildirməyin tərəfdarı deyiləm”.
B. Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil adi vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib.

“Biz bilirik ki, Bakı küçələrində gecələr yalnız dediyiniz şəxslər deyil, çox saylı bahalı olmayan, Rusiya istehsalı olan digər maşınlarla adi vətəndaşlar tərəfindən də bu cür hərəkətlərə yol verilir. Dəfələrlə bunun videolarının görmüşük, yol polis əməkdaşlarını salmayan hərəkətləri etdiklərinin də şahidi olmuşuq. Ona görə də bu cür hallara qarşı dözümsüz olmalıyıq. Hər bir hadisəyə təbəqəyə bölmədən münasibət bildirməliyik. Amma doğru olaraq prezidentin mövqeyi odur ki, bütün hallarda dövlət məmurları və onların ailə üzvləri cəmiyyətə nümunə ola biləcək mövqe sərgilməlidir. Çünki diqqət ilki növbədə onlara yönəlir. Bəzən digərləri onların kölgəsində fəaliyyətlərini davam etdirirlər”-deyə vitse-spiker vurğulayıb.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar