Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradovadan bələdiyyə seçkilərinə münasibət



“Hədəflərimizdən biri bələdiyyələrdə daha çox sayda gənclərin və qadınların qalib gəlməsinə nail olmaqdır”


Bahar Muradova: “Hədəflərimizdən biri bələdiyyələrdə daha çox sayda gənclərin və qadınların qalib gəlməsinə nail olmaqdır”

PİA.AZ yerli mətbuata istinadən bildirir ki, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü,  Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova qarşıdan gələn bələdiyyə seçkilərinə münasibətini açıqlayarkən dilə gətirib.
 
“Partiyamız hər zaman olduğu kimi, bu seçkilərə hazırlıq çərçivəsində də öz işini yüksək səviyyədə qurub. Seçkilərə hazırlıq seçki qanunvericiliyinə müvafiq olaraq davam etdirilir. Bütün təşkilatı şəbəkə - insani və siyasi resurslar bu seçkilərdə də yüksək qələbənin əldə olunmasına səfərbər olunub.
 
Partiyanın İcra Katibliyi və İdarə Heyəti, eləcə də müvafiq rayon təşkilatlarının toplantıları keçirilərək bələdiyyə seçkilərinə hazırlıq məsələsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib”, - deyən, vitse-spikerin sözlərinə görə,  bu seçkilərdə də qadınlar və gənclərin yüksək fəallığının təmin olunması nəzərdə tutulub.
 
“Bizim ümumi işimizdə yerli özünüidarə orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm də iş keyfiyyətinin artırılması əsas hədəfimizdir. Bu prosesdə  qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir. Biz bu dəfə də prosesi irəliyə aparmaq üçün daha geniş fəaliyyət sərgiləməkdəyik.
 
Ümumilikdə hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Bu təcrübə başqaları üçün də önəmli ola bilər. Biz artıq dünyaya bu istiqamətdə də öz təcrübəmizi nümayiş etdirməkdəyik.
 
Nəticə etibarilə, YAP budəfəki seçkilərə də gücünü nümayiş etdirəcək və qalib çıxacaq. Fikrimcə, həm seçilən nümayəndələrimizin sayı artacaq, həm onların içərisində qadınların və gənclərin nümayəndələri çox olacaq. Əlbəttə, əsas hədəflərimizdən biri də bələdiyyə qurumlarında daha çox sayda gənclərin və qadınların rəhbər seçkilərində qalib gəlməsinə nail olmaqdır.
 
Bir sözlə, hər bir vətəndaşımıza daha yaxın olmaq, onun problemlərinin daha yaxşı həlli yolunu tapmaq və onların həyatının bir parçası olmaq üçün mümkün olan hər şeyi edəcəyik. Buna heç kimin şübhəsi olmasın”, - deyə, B. Muradova mətbuata açıqlamasında  sözlərinə əlavə edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar