Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakcelldən daha bir yenilik


Bakcell 2016-cı ilin 1-ci rübündə Abşeron yarımadasının bütün ərazisini super yüksək sürətli LTE şəbəkəsi ilə əhatə edəcək


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə özünün 4G şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi planlarını elan edir. Şirkətin İdarə Heyətinin 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, 2016-cı ilin 1-ci rübündə Bakcell şirkətinin super yüksək sürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək. Beləliklə, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq. Rəqəmlərlə ifadə etdikdə bu o deməkdir ki, Bakcell şirkəti növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq. Bakcell şirkəti smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Özünün 400 baza stansiyası ilə Bakcell şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Bakcell şirkətinin 4G şəbəkəsi Bakı əhalisinin 90%-ni əhatə edir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75%-ni əhatə edəcək.

“Bakcell öz şəbəkəsini digər operatorlardan daha tez genişləndirmək imkanına malikdir, çünki indi biz abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikik. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik. Əhatə dairəsinin daha geniş olmasını, habelə 4G şəbəkəsinin imkan verdiyi internetə yüksək sürətli çıxışı tələb edən smartfon istifadəçilərinin spesifik tələbatlarını təmin etmək üçün Bakcell şirkəti özünün 4G LTE şəbəkəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. 

2015-ci ildə Azərbaycan Respublikası ərazisində keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, Bakcell şirkəti özünün 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.

“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. Bakcell şirkəti qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı, bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir. Bakcell şirkətinin 4G LTE xidmətinin istifadəyə verildiyi vaxtdan biz istifadəçi davranışında iki əsas istiqaməti müşahidə etmişik. Bakcell şirkətinin 4G abunəçiləri 10 dəfə daha yüksək sürətli mobil data xidmətlərindən orta hesabla iki dəfə çox istifadə edirlər və 4G xidmətindən istifadə etməyə yeni başlayan müştərilər arasında müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb”,- deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib. 

Bakcell şirkəti 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılması imkanlarını nəzərdən keçirməyi planlaşdırır.  
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. 
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar