Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Avropa münasibətlərində kəskin dönüş


“Daşları yığmaq” zamanının diktə etdiyi imperativ; ABŞ-ın ardınca Avropa ilə də barış körpüləri sahmana salmaq kursu götürülüb; İlham Əliyev: “Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından cənab Tuskun səfəri çox mühümdür...” Donald Tusk: “Azərbaycan etibarlı tərəfdaşımızdır və bu tərəfdaşlığı davam etdirmək istəyirik...”


Azərbaycanla Qərb arasında mövcud olan və məkrli erməni dairələrinin də əli olduğu şübhə doğurmayan soyuq dönəm belə görünür, aradan qalxmaqdadır. Son saylarımızın birində rəsmi Bakının məxsusən ABŞ-la münasibətlərində yeni ilıqlaşma notları barədə yazmışdıq. 

Bu xüsusda diqqət çəkən ilk mühüm məqamlardan biri Amerikanın ölkəmizdəki səfiri Robert Sekutanın verdiyi açıqlama olmuşdu. 

Diplomat ölkəmizlə əlaqələrin strateji xarakterini bir daha vurğulamaqla yanaşı, onu da qeyd etmişdi ki, bu ilin fevralında Bakıda səfərdə olan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla rəsmi Bakı arasında əldə olunmuş, demokratiya və insan haqlarına dair ortaq komissiyanın yaradılması yönündə fəaliyyət davam etdiriləcək.

Bundan əlavə, elə həmin ərəfədə məlum olmuşdu ki, Azərbaycanla ABŞ (Pentaqon) arasında hərbi sahədə əməkdaşlıq da öz məcrasına qayıtmağa başlayıb. Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ABŞ səfirliyinin hərbi attaşesi ilə görüşündən məhz bu qənaət hasil olmuşdu. Əslində Müdafiə Nazirliyində belə bir görüş faktının özü az məna kəsb eləmirdi... 

Əlaqələri ilıqlaşdırma istəyini həmçinin rəsmi dövlət qəzeti olan “Azərbaycan”da son vaxtlar anti-Amerika ritorikasının zəifləməsindən görmək mümkündür. Qəzetin son yazılarının birində isə belə bir mesaj yer alıb ki, “biz ABŞ-la münasibətlərin inkişafını istəyirik...”      

***
Şübhəsiz ki, ortada Azərbaycan hökumətinin siyasi iradəsi olmadan, Amerikaya belə reveranslar, mesajlar mümkün deyil. ABŞ-la münasibətlərdə ilıqlaşmanın fonunda isə belə görünür, hakimiyyətin Avropa (Birliyi) ilə münasibətlərində axır vaxtlar yığılıb “qalmış daşlar” da yavaş-yavaş götürülməyə başlayıb. Özü bu tendensiya hər iki tərəfdən, yəni qarşılıqlı olaraq müşahidə edilməkdədir. 

Bu, əlbəttə ki, olduqca pozitiv, ilk növbədə də Azərbaycanın maraqlarına, o sırada Qarabağ gözləntilərimizə və erməni lobbisinin təbliğatını kəsrsiz eləməyə yönəlik siyasətə tam uyğundur. Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun dünənki Bakı səfəri və səfərin yekunları qənaətimizi xeyli gücləndirir. 

Yeri gəlmişkən, Tuskun səfərindən öncə Avropa (Birliyi) Bakıya bir sıra mühüm siyasi jestlər edib. Məsələn, ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və Almaniya hökuməti təxminən eyni vaxtda Qarabağla bağlı çox qiymətli sənəd-qətnamələr qəbul edərək, orada Ermənistanı birmənalı şəkildə işğalçı kimi damğalayıb.    

Cənab Donald Tuskun Bakı səfəri məhz belə pozitiv atmosferə təsadüf edirdi. Böyük ehtimalla, bu ab-hava onun Azərbaycanın siyasi rəhbərliyi ilə görüşündə də öz rolunu oynayıb. 

***
AzərbaycanAvropa Birliyi arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tuskla əvvəl geniş heyətlərlə, sonra isə təkbətək görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, Avropa Birliyi ilə münasibətlər inkişaf edir. 

Sitat: “Bizim aramızda uzun illər məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam  edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gələcəkdə artıq münasibətlərin normallaşmasından danışa bil?rik. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi dəyərli məfhumdur”.

Prezident Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısının Avropa İttifaqı ölkələri ilə aparıldığını da xatırladaraq daha sonra deyib: “Avropa İttifaqı ölkələri həmçinin bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır”. 

Ölkə başçısı görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: “Biz Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə həmin layihəni irəli sürüb. Hazırda biz tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək... 

Bu ilin martında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturu və təcrübələri ilə belə bir meqa-layihəni həyata keçirmək əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb”.

*** 
Öz növbəsində Donald Tusk mətbuat konfransında AB-nin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini bəyan edib (APA): “Biz ümidvarıq ki, Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik. Qarabağ münaqişəsinin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”.

AB Şurasının prezidenti də vurğulayıb ki, Azərbaycan Avropa Birliyinin vacib tərəfdaşlarındandır: “Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Birliyin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”. O, Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını da söyləyib. “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”, - əlavə edib ali qonaq.

*** 
Göründüyü kimi, həm prezident İlham Əliyevin, həm də Avropa Birliyi rəsmisinin bəyanatında qarşılıqlı isti və mühüm mesajlar yetərincədir. Tuskun suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi publik dəstək isə xüsusilə təqdiredicidir və Avropanın Azərbaycana son reveransları ilə sinxronluq təşkil edir.  

Münasibətlərdəki son gəlişmələr iddia eləməyə əsas verir ki, tərəflər artıq bir-birinin önəmini bir daha dərk edərək də irəliyə baxmaq, sınmış və ya sındırılmış barış körpülərini sahmana salmaq əzmindədir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar