Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Sumqayıt qatarının sərnişinlərinin nəzərinə


Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun təmiri başa çatdıqdan sonra bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb


"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov fins.az-a bildirib ki, ilk işçi qatarı ilə dəmiryolunun əməkdaşları yola düşüb. Məqsəd yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.
 
Bakıdan Sumqayıta 40 dəqiqəyə
 
Yeni dəmiryolunun sentyabrın 15-də işə düşəcəyi gözlənilir. 63 kilometrlik dəmiryolunun təmiri 6 aya başa çatıb. Yeni yolla qatar Bakı Dəmiryol Vağzalından Sumqayıt vağzalına 40 dəqiqəyə çatacaq.
 
Qatar "Koroğlu"dan keçməyəcək
 
Qeyd edək ki, indiyədək Bakı-Sumqayıt qatarının metronun "Koroğlu" stansyasından keçəcəyi də bildirilirdi. Nadir Əzməmmədov isə bildirib ki, sərnişin qatarı ilkin olaraq Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt vağzalı marşrutu üzrə hərəkət edəcək. Yəni qatar hələ ki, metronun "Koroğlu" stansiyasını görməyəcək. Tədricən Sumqayıdan Abşeron rayonunun Saray, Goradil, Fatmayi, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək. Beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
 
Qatara bileti avtomatlar satacaq
 
Bakı-Sumqayıt qatarına bileti vağzallarda almaq mümkün olacaq. İlkin mərhələdə sərnişinlər bileti həm kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə bilet ala biləcəklər. Sonradan isə biletlərin kartla satış sistemi də tətbiq olunacaq. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq
 
8 qatar işləyəcək
 
İlkin dövrdə Bakı-Sumqayıt dəmiryolu ilə 8 qatar işləyəcək. Səhər saat 6-12 arasında Sumqayıtdan Bakıya gələn qatarların sayı çox olacaq. Axşam saat 4-dən gecə 12-dək olan müddətdə isə Bakıdan Sumqayıta gedən qatarlar daha çox olacaq. Bu, sərnişin axınının düzgün qarşılanması üçün müəyyən edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar