Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Sumqayıt yolu qismən bağlandı


Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb


Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev həmçinin qeyd edib ki, sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyət yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədardır. Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.

Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub.

P.Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edirlər.

“Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb”, - deyə qurum rəsmisi bildirib.(apa.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar