Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan hissəsinin açılışı keçirilib



Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Türkiyə ilə sərhəddə BakıTiflis-Qars dəmiryolu layihəsi çərçivəsində tikilən Kartsaxi stansiyasına səfər ediblər


APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki nazir dəmir yolu xəttində tikintinin vəziyyəti ilə tanış olublar, sonra Kartsaxidə sınaq qatarının xəttə buraxılışının açılışı həyata keçirilib. Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər BTQ dəmir yolu xəttinin 2015-ci ildə istismara veriləcəyini vurğulayıblar. Georgi Kvirikaşvili çıxışında dəmir yolunun Gürcüstan hissəsinin 180 kilometr sahəsinin başa çatdığını bildirib. Nazir layihə iştirakçılarına iqlim dəyişikliklərinə baxmayaraq bütün işləri keyfiyyətlə gördükləri üçün təşəkkür edib və əmin edib ki, dəmir yolu layihəsi ilin sonunadək istismara veriləcək.  "Əməkdaşlarımız  layihəni təhvil vermək üçün qış aylarında da yerli tərəfdaşlarımızla birgə çalışacaqlar," deyə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxışında bildirib.
 
Qeyd edək ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın 7-də Marabda kəndində qoyulub. Hazırda Gürcüstan ərazisində dəmir yol hissəsinin inşası başa çatdırılıb. BTQ layihəsinin Gürcüstan ərazisindəki dəmir yolunun ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bu xəttin 183 kilometri əsas yol hesab olunur. BTQ dəmir yolu layihəsinin Türkiyə ərazisindəki xəttinin uzunluğu 74 kilometrdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar