Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Vaşinqton münasibətləri üçün daha bir test


Bakı-Vaşinqton münasibətləri üçün daha bir test; İqtidarın Rusiyaya aramsız reveransları Amerikanı nəhayət, hərəkətə gətirdi; dövlət katibinin köməkçisi Con Melia Jirinovski kimi yüksək səviyyədə qarşılanıb qəbul ediləcəkmi; “Kreml təlxəyi” hədə ilə gəlmişdi, bəs Kerrinin insan haqları üzrə müavininin çantasında nə olacaq?...


Rəsmi Bakının Vaşinqtonla münasibətlərində qeyri-müəyyənlik, ziqzaqvari mərhələ davam edir. Əlaqələrin məhz ziddiyyətli xarakter daşıdığına son bir həftə ərzində izlədiyimiz ən azı üç mühüm hadisə şübhə yeri qoymur. 

Onlardan biri Avropa Parlamentinin Azərbaycan iqtidarını ölkədə demokratiya və insan haqlarının durumuna görə sərt tənqid edən qətnaməsi oldu. Təbii ki, hakimiyyət düşərgəsindən buna dərhal, kifayət qədər yüksək səviyyədə kəskin tənqid gəldi. Az sonra dünyanın 1 nömrəli dövlətinin - ABŞ-ın prezidenti Barak Obama Azərbaycanın (oxu: iqtidarın) ünvanına publik şəkildə tənqid səsləndirdi, ölkədə vətəndaş cəmiyyəti institutları üçün dözülməz şəraitin mövcud olduğunu xüsusi qabartdı. 

Görünür, bu da rəsmi Bakının “səbir kasası”nı dolduran son damla oldu və belə bir fonda qəfildən qalmaqallı imici ilə tanınan qatı antiqərbçi, Amerika və Avropaya giriş-çıxışı yasaqlanmış Vladimir Jirinovskinin Bakı səfəri ildırım sürətilə reallaşdı. Halbuki, səfərin təxirə salındığı bildirilmişdi. 

Məntiq ardıcıllığı LDPR liderinin səfərinin də Bakıdan Qərbə növbəti və açıq mesaj xarakteri daşıdığını diktə edir. Doğrudan da, “Kremlin danışan dili” olduqca sıcaq, az qala prezident qismində qarşılandı və sayğı ilə əhatə edildi, Azərbaycan prezidenti səviyyəsində qəbul olundu, paytaxtımızda Rusiyanın və rus dilinin, rus atributlarının təbliğinə hesablanmış görüşlərə qatıldı. Və ən əsası: dedi ki, “Azərbaycan-Rusiya münasibətləri tezliklə daha yüksək səviyyəyə qaldırılmalıdır”. 

Yəni sadə dilə tərcümə eləsək, açıq şəkildə söylədi ki, Azərbaycan Putinin Avrasiya layihələrinə qoşulmalıdır. Di gəl, əsas problemimiz olan Qarabağ məsələsi ilə bağlı xeyrimizə o, bir kəlmə də danışmadı, problemin ərazi bütövlüyümüz çərçivəsində həllinin vacibliyini formal şəkildə də olsa dilə gətirmədi. Yalnız “konfliktin açarı Rusiyadadır... Hər şey yaxşı olacaq” sözləri ilə yetərləndi. 

Başqa sözlə, Azərbaycan Avrasiya və Gömrük ittifaqlarına qoşulsa, qərbyönlü kursdan tam imtina eləsə, bax, hər şey onda “yaxşı olacaq” - Moskvanın sonuncu emissarının sözünün məğzi bundan ibarət idi. Bir sıra siyasi müşahidəçilərə görə də Jirinovskinin səfəri əslində elə Bakıya təzyiq məqsədi daşıyıb. Lap dəqiqi, Putnin “hiyləgər təlxəyi” faktiki surətdə Azərbaycana Kremlin hədəsini çatdırıb.

İndi isə başqa bir məqama diqqət yetirək: LDPR lideri Azərbaycanda özünü komfortda hiss edib, faktiki surətdə antiqərb açıqlamaları verirkən, okeanın o tayından daha ilginc və maraqlı bir açıqlama gəlib. ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Con Melia “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, “prezident Obamanın Azərbaycana mülki cəmiyyətin problemləri ilə bağlı göndərilən mesajı dolğun informasiyalara əsaslanır”. “Bu bəyanatı səsləndirməkdən öncə prezident Azərbaycanla bağlı yaxşı məlumatlandırılmışdı. Biz situasiyanı izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyəm”, - deyə o əlavə edib. 

Xatırladaq ki, Ağ Ev rəhbəri qalmaqallı açıqlamanı Klinton Qlobal Forumunda çıxışı zamanı vermiş, QHT-lər üçün dözülməz əngəllər yaradılan ölkələrin sırasında Azərbaycanın da adını çəkmişdi. İqtidar rəsmiləri isə bu tənqidi qeyri-obyektiv kimi qiymətləndirmişdilər. Bunun ardınca Melianin ortaya qoyduğu fikirlər, şəksiz ki, Barak Obamanın hələ “soyumamış” bəyanatına Bakını daha da qıcıqlandıran bir izahatdır. 

Yeri gəlmişkən, bu, o Con Meliadır ki, cəmi bir il öncə indiki statusunda Azərbaycana səfər eləmək istəsə də, ona ölkəmizə gəlməyə icazə verilməmişdi. Əcəba, budəfəki cəhd alınacaqmı? Yaxud alınsa, ona ən azından Jirinovski kimi, digər Moskva emissarları kimi lütfkarlıq göstəriləcəkmi? Nəhayət, Jironovskinin Bakıya nə ilə gəldiyi təxminən bəllidir, Con Kerrinin köməkçisinin çantasında görəsən nə(lər) olacaq?    
 
Burada ancaq mülahizə yürütmək mümkün olduğu üçün, onlardan birini yazaq. Cənab Melia, heç şübhəsiz, Obamanın tənqidinin məntiqini təşkil edən tələbləri -  QHT-lərə qarşı Azərbaycanda həyata keçirilən həbsləri durdurmağı və həbsdə olanların buraxılmasını - Azərbaycan iqtidarına çatdıracaq. Təbii ki, əgər onu Bakıya buraxsalar...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar