Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Kompüter Kollecində sezon başa çatdı

İradə Səfərovanın rəhbərlik etdiyi kollecin Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulması onun vəzifədən kənarlaşdırılması ilə nəticələnəcək


1991-2001-ci illərdə fəaliyyət göstərən Bakı Kompüter Liseyinin bazası əsasında yaradılan, paytaxtın Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 4 ünvanında yerləşən və İradə Nəriman qızı Səfərovanın direktoru olduğu Bakı Kompüter Kolleci bu ilin fevral ayının əvvəllərində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulsa da, adıçəkilən təhsil müəssisəsində hələ də ciddi neqativ hallar müşahidə olunmaqdadır. 

Belə ki, Bakı Kompüter Kollecinin direktorunun fəaliyyətinin narazılıqla, tələbələrin və onların valideynlərinin etirazı ilə qarşılandığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, İradə Səfərova adıçəkilən təhsil müəssisəsində bir sıra «qayda»lar tətbiq edib və hamını həmin qaydalara tabe olmağa vadar edir. Direktorun məhz həmin «qayda»lar hesabına xeyli gəlir əldə etdiyini, külli miqdarda sərvətə sahib olduğunu iddia edən mənbənin sözlərinə görə, Bakı Kompüter Kollecinin Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulması İradə Səfərovanın hazırda tutduğu vəzifədən kənarlaşdırılması ilə nəticələnəcək: «Deyilənlərə görə, hər dəfə semestr imtahanlarının vaxtı yaxınlaşdıqda Bakı Kompüter Kollecində hökm sürən abu-havanın əsl əmtəə birjasını xatırladır. Belə ki, İradə Səfərovanın direktoru təhsil müəssisəsində arası-sıra tələbələrin haqları tapdalanılır, onların valideyinləri əlavə problemlərlə üz-üzə qalırlar. Rəhbərlik elə bir sistem yaradıb ki, artıq kollecdə az qala hamı direktorun tətbiq etdiyi «qaydalar»a əməl etmək mücburiyyətindədir. Bu semestr imtahanlarında da demək olar ki, eyni mənzərə müşahidə olunub. 

Belə ki, Bakı Kompüter Kollecində semestr imtahanları dövründə yığımların intensivliyi xüsusilə artıb. Deyilənlərə görə, hər imtahanın «qiyməti» 40-50 manat civarında dəyişir. Bundan başqa, bəzi imkanlı tələbələrə kollecin direktoru tərəfindən müxtəlif «imtiyazlar» da verilib. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Bakı Kompüter Kollecində bu ilki sezon da İradə Səfərova üçün «uğurla» başa çatıb». Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən ilin yavar ayında Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. 
İstintaq-əməliyyat tədbirləri zamanı Ələddin Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Məlumatlı şəxsin iddiasına görə, məhz bu hadisədən sonra kollecin rəhbəri İradə Səfərovanın durumu xeyli qəlizləşib: «Deyilənlərə görə, həmin vaxtdan bu günə kimi o, mütəmadi olaraq Təhsil Nazirliyinə çağırılır və saatlarla nazirlikdə vaxt keçirir. Görünən odur ki, təhsil naziri Mikayıl Cabbarov tez bir zamanda İradə Səfərova ilə yollarını ayırmağı, yəni Bakı Kompüter Kollecinin direktorunu vəzifədən azad etməyi planlaşdırır. Qeyd edim ki, Bakı Kompüter Kollecinin Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulması bu məsələni, yəni İradə Səfərovanın hazırda tutduğu postdan uzaqlaşdırılmasını reallaşdırır». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar