Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Metropoliteninin əsas problemləri


Təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini bildiriblər


Bakı Metropoliteni” QSC-nin Əsaslı Təmir Xidmətində metronun obyektlərində, sərnişin daşınmasında yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə, bu sahədə olan nöqsan və çatışmazlıqların aşkar edilərək aradan qaldırılmasına həsr olunan tədbir keçirilib.
 
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Xidmətin Bakı Metropoliteni üzrə Dövlət yanğın nəzarəti şöbəsinin (DYNŞ), Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin (HYNŞ) əməkdaşları, metropolitenin xidmətlərinin baş mühəndisləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Bakı Metropoliteni üzrə HYMŞ-nin rəisi Rafiq Müvəffəqi, DYNŞ-nin rəisi daxili xidmət polkovnik-leytenantı Sozalı Əfəndiyev bildiriblər ki, metropoliten qapalı, strateji əhəmiyyətli obyekt olduğu üçün burada yanğın təhlükəsizliyinin etibarlı şəkildə qorunması çox vacibdir və son illər bu sahədə müəyyən işlərin görülməsinə baxmayaraq, hələ də bir sıra nöqsanlar mövcuddur. Bəzi obyektlərdə kabellərin keyfiyyəti aşağı səviyyədədir, elektrik təsərrüfatının yenilənməsinə ehtiyac var, əksər stansiyalarda siqnalizasiya sistemi köhnəlib, bəzən qaynaq işləri aparılarkən təhlükəsizlik tədbirlərinə düzgün əməl edilmir. Bütün bunlar Bakı Metropoliteni üzrə DYNŞ-nin “Göstəriş məktubları”nda öz əksini tapmasına baxmayaraq, vəsait çatışmazlığı səbəbindən problemlərin aradan qaldırılması yubadılır. Çıxış edənlər stansiyalarda aparılan yanğın-qəza məşq oyunlarından heç də razı qalmadıqlarını, xidmət personalının ən sadə hərəkət və davranışları icra edə bilmədiklərini, onların məşq zamanı sanki çaşqınlıq içərisində olduqlarını xüsusi qeyd ediblər və göstərilən nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini bildiriblər.
 
Tədbir iştirakçılarına dünya yanğın mütəxəssislərinin yanğınların avtomatik söndürülməsi sahəsində əldə etdikləri nailiyyətlərin bəhrəsi olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi haqqında ətraflı məlumat verilib. Tailand istehsalı olan “Şar-1” avtomatik yanğınsöndürmə vasitəsi kürə şəkillidir, həcminə görə uşaq topuna bənzəyir. Çəkisi 1,3 kiloqramdır və 6 il texniki qulluq tələb etməyən “Şar-1” 8,3 kub metr həcmli məkan üçün nəzərdə tutulub, yanğın riskinin çox olduğu yerlərə qoyulur, kiçik bir alışma, alov ona toxunan kimi 3-5 saniyə ərzində partlayır və dərhal yanğını söndürür.
 
Tədbir iştirakçıları sonda yanğınla bağlı bu cür müzakirələrin  keçirilməsinin Bakı Metropolitenində sərnişinlərin yanğın təhlükəsizliyinin qorunmasında əhəmiyyətli olduğunu xüsusi vurğulayıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar