Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Minsk Qrupundan əlini üzüb, amma...


Sülh prosesinin əsas tormozlayıcısı olan Rusiya böhrana yuvarlansa da, Azərbaycan da daxil, həmsərhəd ölkələri hədələməkdə davam edir; rusiyalı politoloq: “Rusiya böhrandan çıxsa, Ermənistan da çıxacaq...”


Qərblə Rusiya arasında iqtisadi (valyuta) müharibənin genişlənməsi sövq-təbii olaraq postsovet məkanındakı etnik-ərazi münaqişələrinin həll prosesinə də neqativ təsirini göstərməkdədir. 

Konkret olaraq Dağlıq Qarabağ ixtilafının nizamlanmasına gəlincə, onsuz da ABŞRusiya ATƏT-in Minsk Qrupunun iki əsas həmsədr dövləti kimi üçüncü on ildir birgə fəaliyyətlə hansısa pozitiv irəliləyişə nail ola bilməmişdi, hazırkı gərgin, kritik münasibətlər fonunda isə bunu gözləməyə, ümumiyyətlə, dəymir. 

Bu o anlama gəlir ki, Azərbaycan torpaqlarının erməni işğalı altında qalması hələ bir müddət də davam edəcək. Adekvat surətdə yeni müharibə ehtimalı da öz aktuallığını saxlayacaq və atəşkəsin istənilən an pozulma riskləri artacaq. Sözsüz ki, rəsmi Bakı bunun fərqindədir. Onun da fərqindədir ki, həmsədr dövlətlər - RusiyaABŞ, Fransa timsalında Qərb işğalçı Ermənistana ənənəvi münasibətlərini dəyişməyə hazırlaşmır, o ki ola İrəvana, Dağlıq Qarabağdakı separatçı rejimə qarşı hansısa sanksiyalar tətbiq edə. 

Məhz bu dəyişməz yanaşma fonunda da AzərbaycanErmənistan prezidentlərinin növbəti, Nyu-York görüşü planlaşdırılır. Ənənəvi sual ortaya çıxır ki, işğala məruz qalan tərəflə işğalçıya eyni gözlə baxılmaqda davam edəcəksə, “quş qoymaq üçün” daha bir yüksək səviyyəli görüşə nə ehtiyac? 

***        
“Biz Minsk Qrupundan narazıyıq. Qrupun fəaliyyətindən o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini Bakıda qəbul edərkən deyib.

Münaqişənin həlli prosesi haqqında da məlumat verən Məmmədyarov ümidvar olduğunu bildirib ki, hesabat hazır olandan sonra AŞ PA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə də yaxından tanışlıq imkanı əldə edəcək.

Sözsüz ki, dünya birliyi, ələlxüsus da Qərb Rusiya kimi işğalçı Ermənistanla da sərt davranmayınca işğalçı qüvvələr azğınlıqlarını davam etdirəcək, bu işğalın daha bir nəticəsi kimi Azərbaycana qarşı humanitar cinayətlərə ara verməyəcək. Hərçənd təcavüzkar Ermənistanın özünün iqtisadi, humanitar durumu ağırdır, çünki bir yandan, Azərbaycan və Türkiyənin yaratdığı izolyasiya, digər yandan isə satellit Ermənistanın sıx bağlı olduğu Rusiyanın yaşadığı dərin maliyyə böhranı təcavüzkar ölkəni də gündən-günə bir az daha ağır duruma salır.    

Ermənistan indi heç vaxt olmadığı qədər Rusiyanın girovuna çevrilib və qorxusundan nə öz ağasından imtina  edə bilir, nə də Moskvanın hesabına dirçələ. Moskva isə öz növbəsində nə qədər ağır dönəm yaşasa da, öz forpostundan imtina eləməyi ağlından belə keçirmir. Eyni zamanda öz müti müttəfiqini Kremlə yaxın ekspertlərin dili ilə vaxtaşırı hədələyir, İrəvana fürsətdən yararlanıb Qərbə tərəf gedəcəyi təqdirdə daha acınacaqlı aqibət vəd edir.      

***
“Avrasiya İqtisadi Birliyi Nuhun gəmisidir, kim bu gəmiyə minsə, mövcudluğunu davam etdirəcək, kim minməsə - hətta Rusiyada davam edən dərin iqtisadi böhrana və rusiyalı iqtisadçıların dediyi kimi, birliyin vahid bazarının hələlik işləməməsinə, bəzi proqramlarla bağlı müəyyən pauzanın yaranmasına  baxmayaraq, Yer üzündən silinəcək”. 

Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nən lideri, Kremlin “danışan dilləri”ndən sayılan Aleksandr Duqin erməni portalına müsahibəsində deyib. Onun iddiasına görə, Rusiyadakı iqtisadi böhran konkret olaraq Rusiya ilə bağlı deyil. “Bütün dünya maliyyə böhranı qarşısındadır. Çünki bütün dövlətlər ABŞ-ın yaratdığı maliyyə-iqtisadi sistemdən asılıdır. Ancaq günün birində bunların hamısı bitəcək, hərçənd ona kimi domino effekti üzrə ölkələrin hamısının iqtisadiyyatı ziyan çəkəcək” - deyib Duqin.



Duqin daha sonra konkret ünvanlar göstərərək, ənənəvi hədələyici tonda bildirib: “Belə qlobal hadisələr fonunda söyləmək ki, Avrasiya İqtisadi Birliyinin maliyyə sistemi yaxşı işləmir - bu, xırda şeydir, nədən ki, öz-özlüyündə Rusiyanın fond bazarı bu masştablarla müqayisədə, hətta inkişaf eləməkdə olan Sakit Okean ölkələri ilə müqayisədə çox kiçikdir. Ermənistanın iqtisadiyyatı Rusiya ilə müqayisədə demək olar, heç nədir və bütünlüklə Rusiyadan  asılıdır. Rusiyanın özü iqtisadi cəhətdən böyük dövlət deyil, ancaq bizim başqa yaxşı şeylərimiz var - nüvə silahı, təbii resurslar, böyük ərazi, hərçənd onlar maliyyə anlamı daşımır”.

Duqinin sözlərinə görə, Rusiya böhrandan çıxa bilsə, Ermənistan da çıxacaq. “Amma bu, asan olmayacaq və əgər belə ağır vəziyyətdə Ermənistan Qərbdən dəstək almağa çalışsa, o dəqiqə param-parça olacaq və Ermənistandan heç nə qalmayacaq. Bu gün Ermənistan Rusiyadan bərk-bərk yapışmalı, ağır maliyyə-iqtisadi situasiyanı sakitcə izləməlidir” - əlavə edib rusiyalı politoloq.

*** 
Rusiyalı politoloqun hədələri onun “Nuhun gəmisi” adlandırdığı Avrasiya Birliyinə qoşulmaqdan hələ ki imtina edən Azərbaycana da aiddir. Məqsəd aydındır: Kreml özü ilə birgə hamını xilas yox, fəlakətə aparmaq istəyir. Yəni bu, Nuhun “xilas gəmisi” yox, əslinə qalsa, Rusiyanın fəlakət gəmisidir və ona heç bir halda, hətta Qarabağla bağlı hər hansı şirnikləndirici təklifin qarşılığında da minmək olmaz.

Ümid edək ki, Rusiya bir daha dirçəlməyəcək, düşdüyü indiki dərin bataqlıqdan çıxa bilməyəcək və işğalçı Ermənistanı da, Dağlıq Qarabağdakı separatçı rejimi də özü ilə bərabər bataqlığın dibinə dartıb aparacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar