Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Qarabağda antiterror əməliyyatlarına başlaya bilərmi?


Türkiyə və Azərbaycan aviasiyasının Dağlıq Qarabağdakı ASALA və PKK terror düşərgələrini bombalaması yenidən gündəmdə


Azərbaycanın işğal altında olan ərazilərində terrorçu şəbəkələrin məskən salması barədə ən müxtəlif vaxtlarda yazılanları təsdiqləyən növbəti məlumatlar yayılıb. Bu dəfə PKK terror təşkilatının nəzarətsiz Azərbaycan ərazilərində yerləşməsi haqda xəbərlər mətbuatda dərc olunub.

Qeyd edək ki, Qarabağdakı separatçı rejim və onların himayədarları cəmi 100 min civarında erməninin yaşadığı bu bölgədə əhali sayını süni şəkildə artırmaq üçün ən müxtəlif planları işə salıb, Suriya, Livan və digər ölkələrdən erməni ailələrinin köçürülməsi üçün şirnikləndirici vədlər verib, bir sıra hallarda buna nail olub. 

Eyni zamanda Qarabağda narkoplantasiyaların salınması üçün imkanların olmasını əsas götürən işğalçı Ermənistan bu regionun münbit ərazilərindən öz çirkin məqsədləri üçün istifadə etməkdədir. Paralel olaraq Azərbaycana qarşı növbəti təhlükəli plan üzərində iş gedir. Belə ki, yayılan məlumatlara görə, son zamanlar Türk ordusu tərəfindən sarsıdıcı zərbələr alan PKK Qarabağda sığınacaq almaq üçün hərəkətə keçib. Məlumatlarda deyilir ki, Ermənistan Qarabağdan çəkilərək, yerini “Qırmız Kürdüstan”a verməyi belə düşünür. Bunun üçün artıq Ağrı dağı üzərindən Ermənistana, oradan da Dağlıq Qarabağın işğal altında olan bölgələrinə köç başlayıb. Xəbərdə deyilir ki, tezliklə bu ərazidə müstəqil kürd vilayətinin yaradılmasına, Azərbaycanla Ermənistan arasında bufer bölgə qurulmasına hazırlıq gedir. Bildirilir ki, son zamanlar Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdikləri əməliyyatlar nəticəsində çətin vəziyyətə düşən PKK-çılar çıxış yolunu bölgəni tərk etməkdə görür.

Hərbi ekspert Üzeyir Cəfərov məsələyə ciddi yanaşmağı zəruri sayır: “Deyəsən, dünya yavaş-yavaş indi ayılır ki, terrorçu dəstələr, qruplar kimə gəldi meydan oxuyur, harda gəldi öz çirkin əməl və niyyətlərini həyata keçirirlər. Halbuki Azərbaycan bu təhlükə ilə ötən əsrin 90-cı illərində üz-üzə qalmışdı və var gücü ilə dünyaya bəyan edirdi ki, ”hərəkətə gəlin". Terrorçular və onların himayədarları artıq qırmızı xətti keçirlər. Onlar separatizmi yayır, dünyanın normal düzənini pozmağa çalışırlar. Lakin bizim haqq səsimizi eşidənlər olmadı və demək olar ki, terrorçuluğun banisi sayılan erməni əclaflığı sürətlə dünyaya yayılmağa başladı. Elə keçmiş SSRİ dönəmində də onlar bəzi hallarda açıq, bəzi hallarda isə gizli surətdə öz çirkin hərəkətlərini həyata keçirirdilər. İndi də PKK hərəkətə keçib. Bu, Türk dünyası, ümumilikdə isə bütün kainata faciələr yaşadan bir qeyri-qanuni silahlı dəstə və birləşmədir. Qardaş Türkiyəmizə yaşatdıqları sarsıntılar, ağrı-acılar o miqyası almışdı ki, nəhayət, Türkiyə Silahlı Qüvvələri öz sözünü deməyə başladı. Bu günə kimi bu terrorçu təşkilata on illiklər ərzində vurulmayan sarsıdıcı zərbələr vurulub və vurulmaqda da davam edir. İnanmaq istərdim ki, 2015-ci il PKK və digər terrorçu dəstə və qruplar üçün çox dəhşətli, bel sütunlarının sınacağı bir il olacaq". 

Hərbi ekspert razılaşır ki, indi Türkiyədə ağır itkilərə məruz qalan bu yaramazlar sözsüz ki, gizlənməyə yer, məkan axtarırlar: “Mən də o fikri bölüşürəm ki, sıradan çıxarılan bu quldur dəstələri çox asanlıqla Ermənistan kimi hər zaman terroru dəstəkləyən və onlara havadarlıq edən ölkəyə sığına bilərlər. Necə ki, biz ara-sıra eşidir və görürük ki, Suriyadan, Livandan, digər qaynar bölgələrdən köçürmə adı ilə bölgəyə aidiyyəti olmayan şəxslər işğal altında olan torpaqlara yerləşdirilirlər. Bunun, necə deyərlər, ”səsi" bir qədər sonra çıxa bilər və biz bunu diqqətdə saxlamalıyıq. Necə ki, Türkiyəyə gücü çatmayan yaraqlılar güclərini bu işdə heç bir rolu və iştirakı olmayan Azərbaycana yetirirlər". 
Ü.Cəfərov bu mənada ötən həftələrdə partladılan qaz kəmərini nəzərdə tutaraq təhlükənin real olduğunu vurğuladı: “Ona görə də sıradan çıxarılan terror dəstələri və onların rəhbərləri çıxış yolunu qorxu-vahimə yaratmaqda görürlər. Bizi istəməyən qüvvələr, onlara maliyyə dəstəyi verənlər Türkiyə-Azərbaycan iş birliyinə, hansı sahədə olursa-olsun, çox qısqanclıqla yanaşırlar. Elə bizim Silahlı Qüvvələrimizin birgə hərbi təlimləri və digər əlaqələrimiz də onlarda bir qıcıq və qısqanclıq yaradır. Hesab edirəm ki, bütün imkanları yüksək səviyyədə olan dövlətlərə qarşı terrorçuların apardıqları işin heç bir nəticəsi olmayacaq və necə ki, tarix boyu bu məsələ öz təsdiqini tapıb”.

Hələlik rəsmi Bakı PKK təhlükəsi ilə bağlı məsələlərə reaksiya verməyib. Lakin bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. E. Məmmədyarov Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin Antalya şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək. Güman olunur ki, PKK-nın Qarabağa köçü məsələsi Bakı ilə Ankara arasında müzakirə olunacaq. Bu arada Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimlərinin məntiqi nəticəsi olaraq PKK-nın Qarabağda da kökünün kəsilməsi istiqamətində birgə əməliyyatlara başlanılması arzuolunan sayılır. Düzdür, bu, hələlik sadəcə arzudur, lakin günün birində iki qardaş dövləti təhdid edən hörgütün birgə məhvi də gerçəkləşə bilər... İstənilən halda Bakının antiterror koalisiyasının üzvü olaraq müttəfiq Türkiyə ilə birgə Qarabağda antiterror əməliyyatlarına başlaması ideyası gündəmə gəlib. Bəzi ekspertlər hesab edir ki, ASALA və PKK-nın Qarabağda birləşməsinin və bölgə üçün İŞİD-dən təhlükəli qüvvəyə çevrilməsinin qarşısını almaq üçün günün birində Türkiyə və Azərbaycan aviasiyasının Dağıq Qarabağdakı PKK terror düşərgələrini və erməni separatçılarının sığınacaqlarını bombalamasına şahidlik edə bilərik.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar