N.Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib
Slavyan Universitetinə yeni rektor təyin olunub. ANS PRESS-in məlumatına görə, yeni rektor indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevadır.
N.Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.
Bu təyinata qədər Bakı Slavyan Univeristetinin rektoru Asif Hacıyev idi.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Nurlana Müzəffər qızı Əliyeva 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsini icra edib.
pia.az