Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Vaşinqtonla dil tapmağa çalışır

Hakimiyyət iki deputatı ABŞ-a göndərdi


Azərbaycan prezidentinin Avropaya səfəri və Almaniya baş naziri ilə görüşündən sonra rəsmi Bakının Avropa ilə münasibətlərində yumşalmanın yaranması ilə bağlı rəylər formalaşıb. Bir sıra ekspertlərə görə, Azərbaycan hökuməti hazırda yalnız ABŞ hökuməti ilə anlaşa bilmir. Yeri gəlmişkən, ötən gün deputatlar Səməd SeyidovAsim Mollazadənin ABŞ-a səfər edəcəyi haqda xəbərlərin yayılması göstərir ki, Bakı Vaşinqtonla dil tapmağa çalışır. 

Azərbaycan-ABŞ münasibətləri uzun müddət enerji və təhlükəsizlik sahəsində genişmiqyaslı əməkdaşlıq üzərində qurulub. Lakin son illərdə, xüsusən də son aylarda münasibətlərdə kəskin soyuqluq müşahidə olunmağa başlayıb. Politoloq Ərəstun Oruclu deyir ki, hazırda Avropa və Amerikanın Azərbaycana münasibətində ciddi fərq yoxdur, sadəcə, Avropada xarici siyasət kursu nisbətən yumşaq olduğu üçün yanaşmadan fərq hiss olunur: “Güman etmirəm ki, digər təşkilat və ya dövlətlərlə hansısa anlaşma əldə olunub. Yekun anlaşmadan hələ söhbət gedə bilməz. Mən hesab edirəm ki, İlham Əliyevin Almaniya səfəri ətrafında bir az həddindən artıq hay-küylü təbliğat aparıldı. Əslində orda hansı uğurun olması haqda məlumat yoxdur. Kansler Angel Merkelin Dağlıq Qarabağın işğal faktı və Ermənistanın Rusiya ilə əməkdaşlığı haqda danışmasından başqa. 

İstisna etmirəm ki, Amerika rəsmilərindən kiminləsə görüş olacaq. Ancaq baxır o görüşdə nə müzakirə olunur. Mən əminəm ki, Avropa dövlətləri və institutları Azərbaycandakı insan haqları məsələsini gündəmdən çıxarmayacaqlar. Ona görə ki, bu tələblər Avropa qurumları tərəfindən irəli sürülüb, Avropa Parlamentinin qətnaməsində öz əksini tapıb. Bu baxımdan güman eləmirəm ki, bunun üstündən belə asanlıqla keçəcəklər. Sadəcə olaraq, avropalıların xarici siyasət kursu həmişə bir qədər daha yumşaq olub, nəinki amerikalıların". 

Politoloq bildirdi ki, ABŞ uzun illər Azərbaycan hökuməti ilə enerji və təhlükəsizlik sahəsində yaxından əməkdaşlıq edib, lakin indi situasiya dəyişib və Vaşinqtonun gündəminə insan haqları, demokratiya mövzuları gəlib: “Baxmayaraq ki, ABŞ uzun illər Azərbaycanda baş verənlərə göz yumub və demək olar ki, bütün əməkdaşlığı enerji sahəsində, təhlükəsizlik və terrora qarşı mübarizə sahəsində əməkdaşlıq blokları üzərində qurub prioritet istiqamət kimi. Ancaq artıq bu bəndlər mən deyərdim ki, gündəmdən çıxıb və artıq dünyada neft və qazla kimisə təəccübləndirmək mümkün deyil. Hələ yaxın bir neçə ildə nələrin olacağı, neftin taleyinin necə olacağı bəlli deyil. Digər tərəfdən, AzərbaycanABŞ arasında Əfqanıstandan çıxarılan NATOABŞ qoşunlarının daşınması ilə bağlı əməkdaşlıq vardı. Azərbaycan tərəfi bundan da sui-istifadə elədi. Nəinki ölkədəki vətəndaş cəmiyyəti institutlarını, medianı dağıtdı, hətta ABŞ-ın müxtəlif institutlarını ölkədən qovub çıxardı. İndi artıq hərbi əməkdaşlıq sahəsində də qarşıya qoyulmuş vəzifələr başa çatıb. Şübhəsiz ki, bu gün üçün prioritet məsələ insan haqları, demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının durumudur”.

Ə.Oruclu deyir ki, ABŞ-ın Azərbaycana yönəlik siyasətində təzyiq elementi olsa da, istənilən halda daxili ictimai rəyin təsiri var və mərkəzi hakimiyyət istər-istəməz hökumətə məsafəli yanaşır: “Bir çox hallarda bunu bir siyasi təzyiq vasitəsi kimi təqdim edirlər. Düzdür, bu da var və heç kim bunu inkar eləmir. Amma sadəcə olaraq, Azərbaycandakı vəziyyət elə bir kritik həddə çatıbdır ki, Qərb siyasətçilərinin özləri bunu görməyə bilmirlər. Eyni zamanda cəmiyyət, media imkan vermir. Məsələn,  ”Vaşinqton Post" qəzetində prezident Obamanın diktatorlarla əməkdaşlığı və yumşaq münasibət göstərməsi çox kəskin şəkildə tənqid olunub. Və aydın məsələdir ki, ABŞ prezidenti “Vaşinqton Post”un yazdığına reaksiya verməyə bilməz. Çünki ABŞ demokratik ölkədir, orda prezidenti Mərkəzi Seçki Komissiyası təyin eləmir, seçicilər seçir. Eyni zamanda o, təkcə özünə görə deyil, partiyasına görə də məsuliyyət daşıyır. Belə məqamlar var. Şübhəsiz ki, bu məsələ gündəmdədir və gündəmdə qalmaqda davam edəcək. Düşünmürəm ki, Azərbaycana münasibətdə ABŞAvropa Birliyi fərqli siyasət yürüdəcək. Mən əminəm ki, belə olmayacaq və bu mümkün də deyil".(musavat.com)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar