Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı apteklərində dərmanlar niyə yoxa çıxıb?


Bakının bəzi apteklərində dərmanların olmaması onlara qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır


Bunu "Trend"ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.

S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər: “Apteklərdə dərmanların qiymət etiketləri hazırda tənzimlənir. Ona görə də indi vətəndaşlar apteklərdən başqa adda eyni tərkibli dərmanlar ala bilərlər. Apteklərdə dərman qıtlığı yaşana bilməz”.

Qeyd edək ki, Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Belə ki, aptekə müraciət edəndə satıcı onlara lazım olan dərmanın olmamasını bildirib.

Səhiyyə Nazirliyi də dərman qıtlığı ilə bağlı yayılan informasiyalara rəsmən aydınlıq gətirib.

Nazirlikdən virtualaz.org saytına daxil olan xəbərdə deyilir: "Son günlər "Akineton", "Fenazepam" və "Alflutop" adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil.

"Akineton" adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib. Ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

"Fenazepam" preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

"Alflutop" preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan "Chondroitin sulfat", "Glucosamine sulfat" və "Alendronic acid" tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar