Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosu genişləndiriləcək


Sabunçu və Binəqədi rayonlarında alt mərkəzlərin, Zığ və Lökbatan qəsəbələrində isə lokal mərkəzlərin təşkili planlaşdırılır


 “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində əsas yer tutan Məxsusi Bakı ərazisinin modernləşdirilməsi ilə əlaqədar yeni layihələr hazırlanıb.

Bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat verib.

O deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Bakı metrosunun genişləndirilməsi, Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması bu layihələr sırasındadır. Buraya Böyük Şor ərazisində Olimpiya şəhərciyinin salınması, Böyük Zirə adasında İstirahət Sağlamlıq Kompleksinin tikintisi kimi layihələr də əlavə edilə bilər.

Eyni zamanda, paytaxtın Sabunçu və Binəqədi rayonlarında alt mərkəzlərin, Biləcəri qəsəbəsində logistika, Zığ və Lökbatan qəsəbələrində isə lokal mərkəzlərin təşkili planlaşdırılır.

Ekoloji məqsədli layihələrə isə Böyük Şor gölü, Bülbülə gölü və Xocasən gölü ilə bağlı məsələlər daxildir.

Layihədə əksinin tapmış təkliflər şəhərin iqtisadi inkişafında da əhəmiyyətli rol oynayacaq.(azərtac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar