Bu gün Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti dayanıb
Metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb.
Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri qatardan təxliyyə edib.
Təxminən 15 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini bərpa etmək mümkün olub.(qafqazinfo)
pia.az