Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı polisi İŞİD-i maliyyələşdirən biznes strukturlarının axtarır


İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşmasına Azərbaycandan külli miqdarda maliyyə yardımı edilir


Bununla bağlı umma.ua saytında yayımlanmış informasiyada qeyd olunur ki, İraq Şam İslam Dövlətinə yardımlar daha çox paytaxt Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən, eləcə də tanınmış supermarketlər şəbəkəsindən edilir.
 
Qeyd olunur ki, indiyədək İŞİD terror qruplaşmasına nə az, nə çox -  düz 5 milyon dollarlıq yardım edilib. Terrorçulara ayrılmış pullar isə əsasən təşviqat materiallarına, terrorçuların maaşlarına və planların icrasına ayrılır.
 
Bu arada, hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, artıq paytaxt polisi sözügedən məsələni ciddi nəzarətə götürüb. Məlumatda qeyd olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov İŞİD terror qruplaşmasına maliyyə yardımı edən biznes strukturlarının müəyyənləşdirilməsi üçün tabeçiliyində olan polis əməkdaşlarına xüsusi tapşırıq verib.
 
“Artıq bir neçə gündür ki, paytaxt polisi bununla bağlı müvafiq tapşırıq alıb və hazırda Bakıda bu və digər formada vəhhabilərlə bağlı olan ticarət mərkəzlərinin, iri supermarketlərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür”  deyən mənbənin iddiasına görə, məsələ Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin nəzarətindədir.
 
Məlumatı dəqiqləşdirmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Ariflə əlaqə saxladıq.
 
İdarə sözçüsü bildirdi ki, onda bu barədə məlumat yoxdur. Yayılan məlumatı Azərbaycana qarşı böhtan hesab edən Q.Arif bildirib ki, Azərbaycanın adının İŞİD-lə birgə hallanması, guya ona hər hansı bir formada yardım etməsi böhtandır.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə sözügedən məsələnin ölkənin milli təhlükəsizliyilə bağlı olduğunu qeyd etməklə yanaşı, müvafiq qurumlara müraciət etməyi məsləhət gördü:
 
“Bu, ölkənin təhlükəsizliyilə bağlı məsələ olduğundan, aidiyyəti qurumlar bu işlə məşğul olur”.
 
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirdi ki, onlarda belə bir məlumat yoxdur:
 
“Biz həmin məlumatla tanış deyilik. Yalnız məlumatla tanış olduqdan sonra, fikrimizi deyə bilərik”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar