Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı yol polisindən xəbərdarlıq


Bakının yol polisi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib


Bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib.

Xəbərdə deyilir ki, qarşıdan gələn Qurban bayramı münasibətilə bölgələrdən paytaxt istiqamətində Qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların daşınması və onların satılmasına başlanılıb.

Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda zəruri təhlükəsizlik tədbirləri görülür: “Belə ki, heyvanların paytaxtın inzibati ərazisinə düşən bir sıra küçə və prospektlərdə yolun hərəkət hissəsində, eləcə də yolların kəsişməsinə yaxın məsafədə satılması faktları müşahidə edilir. Bu isə həmin ərazilərdə avtomobillərin normal hərəkətinə maneçilik yaradır ki, bu da yolverilməzdir. Bu, həm də əhali arasında da müəyyən narazılıq yaradır”.

Bölmə rəisi qeyd edib ki, qurbanlıq heyvanların satışı qapalı şəraitdə və bunun üçün rəsmi orqanlar tərəfindən xüsusi icazə verilmiş yerlərdə aparılmalıdır: “Bir daha həm heyvanların satışını təşkil edən şəxslərdən, həm də sürücülərdən xahiş edirik ki, bu işi qanunvericilik çərçivəsində görsünlər, heyvanların satışını digər hərəkət iştirakçılarına maneə yaranmayan yerlərdə aparsınlar. Biz də başa düşürük ki, bayramdır və bayrama hazırlıq da aparılmalıdır. Amma bu o demək deyil ki, kimlərsə insanların hərəkətinə süni maneə yaratmalıdır. Ona görə də həmin şəxslərdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər, heyvanların alış-verişini tam kənarda, qapalı şəraitdə, qanunla icazə verilmiş yerlərdə və formada təşkil etsinlər, yol polisi tərəfindən hər hansı zəruri cəza tədbirlərinin görülməsinə şərait yaratmasınlar”.

V.Əsədov qurbanlıq heyvanların alışı üçün gedən vətəndaşlara da xəbərdarlıq edib: “Əhali bilməlidir ki, qurbanlıq heyvanların alınması üçün gedərkən həmin ərazilərdə avtomobillərin sıx cərgələnməsi, tıxaclar və hətta yol qəzaları yaşana bilər. Bütün bunları nəzərə alaraq həmin istiqamətlərdə gedərkən diqqətli olmalı, nizam-intizama, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Əks halda bayram günləri olmasına baxmayaraq və kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan bütün şəxslər, insanların hərəkətinə süni maneçilik yaradanlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcəklər”.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-də qeyd ediləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar