Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 3530 kq balın satışına icazə verilmədi


Oktyabrın 1-də Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb


Kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkaya gələrək burada yaradılan şəraitlə tanış olub, bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb.

Heydər Əsədov bildirib ki, ənənəvi olaraq keçirilən yarmarkada şəffaflığın təmin edilməsi və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədilə bir çox yeniliklər tətbiq edilib. Belə ki, yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb.

Nazir diqqətə çatdırıb ki, yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kiloqram (kq) keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkanın keçirildiyi ərazidə video müşahidə təmin edilib ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir.

Yarmarkada Naxçıvan MR və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir. Satışa 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına yarmarkada şərait yaradılıb.

Yarmarka oktyabrın 30-dək davam edəcək.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar