Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 3 rayonun içməli suyunda ciddi nöqsanlar var


Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar bu ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub


Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı müayinələrin nəticəsində içməli su nümunələrində aşkar olunan qeyri-kafi nəticələrlə bağlı araşdırmalar həyata keçirilib, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.

Eyni zamanda, respublikanın sanitariya-epidemioloji xidmət orqanları yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzin apardığı müayinələrin nəticəsində aşkar olunan nöqsanlarla əlaqədar Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib, Binəqədi, Nizami, Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimə olunub, həmçinin müvafiq tədbirlərin təşkili üçün Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktublar göndərilib.

Bakı şəhər ərazisində yerləşən istirahət-çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət davam etdirilir.

Bundan başqa, respublikanın şəhər və rayon mərkəzlərində olan su təchizatı sistemlərindən su nümunələrinin müayinələri aparılıb, aşkar olunan nəticələr üzrə müvafiq tədbirlər görülüb, 18 rayon ərazisində istismarda olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar