Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda I siniflərə qəbul başladı


Valideyinlər istədikləri məktəbi özləri seçirlər


Paytaxtda orta məktəblərin birinci sinfinə qəbul üçün qeydiyyata start verilib.

ANS TV-nin məlumatına görə, ötən illərdən fərqli olaraq yeni qeydiyyat prosesi elektron qaydada həyata keçirilir. İnternetə çıxışı olan valideynlər evlərində, digərləri isə yaxınlıqdakı məktəblərdə bu prosesi sentyabrın 15-ə qədər yerinə yetirə bilərlər. Yenilik hələ yalnız paytaxt məktəblərində tətbiq ediləcək. Respublikanın digər orta məktəblərinə qəbul köhnə qayda ilə aparılacaq. Təhsil Nazirliyi birinci siniflərə qəbulun elektron qaydada aparılmasını həm də şəffaflığın təmin olunması üçün həyata keçirir.

“Ümumilikdə elektron xidmətlər dairəsinin genişləndirilməsi üçün, eyni zamanda insan resurları və vaxta qənaət etmək məqsədilə bu ildən etibarən məktəblərin birinci sinfinə qəbul elektron sistem vasitəsilə aparılır. Bu proses ümumilikdə həm də valideynlərin rahatlığına xidmət edir. Belə ki, valideynlər artıq məktəb seçimində də çox rahat bir şəkildə məktəblər, eləcə də orada çalışan pedaqoji kollektiv, rəhbərlik barədə əlavə məlumatlar əldə edə bilirlər. Bundan başqa valideyn məktəbin naliyyətləri ilə də tanış olur. Bununla da valideynlər istədikləri məktəbi özləri seçirlər”, – deyə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva bildirib.

Lisey tipli məktəblərin birinci sinfinə isə qəbul aprelin sonuna qədər aparılacaq. Çünki belə təhsil müəssisələrinə maraq çox olduğundan şagirdlər birinci siniflərə imtahan əsasında qəbul edilirlər.

May ayının ilk on günlüyündə isə lisey məktəblərinə imtahanlar keçiriləcək. Övladları lisey məktəblərinin birinci sinfinə keçirilən imtahanlardan keçə bilməyənlər sentyabrın 15-ə qədər digər ümumtəhsil məktəblərinə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar