Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda İranla ABŞ arasında İŞİD anlaşması



Vaşinqton-Tehran münasibətlərində ilginc gəlişmə; Dünyanı həyəcanda saxlayan bir terror hörgütü illərin iki qəvi düşmənini Azərbaycan vasitəsilə ortağa və müttəfiqə çevirir; əldə edilən şok razılığın bəzi detalları bu yazıda


İranla Qərb (“altılıq”) arasında, birincinin nüvə dosyesi ilə bağlı, gedən proses yarımçıq qaldı. 

Lakin təbii ki, dayanmayıb. Ən azı ona görə ki, onun tezliklə və pozitiv sonluqla yekunlaşmasında heç vaxt olmadığı qədər bütün tərəflər maraqlıdır. İndi buna stimul verən ən ciddi amillərdən biri də sözsüz ki, regionu və dünyanı təhdid edən İŞİD terrorudur.

Bu yöndə əməkdaşlıqla bağlı şok sayıla biləcək məlumat əldə eləmişik. Belə ki, mötəbərliyinə şübhə eləmədiyimiz qaynağımızın iddiasına görə, bugünlərdə ABŞİranın emissarları arasında Bakıda İŞİD-lə bağlı ilginc razılıq əldə edilib. Anlaşmaya əsasən, hər iki ölkənin (elə Azərbaycanın da - S.Ş.) strateji maraqlarına uyğun gəldiyindən, terrorçu təşkilatın zəiflədilməsi və sıradan çıxarılması üçün iki ölkə mümkün qədər birgə fəaliyyətə qərar verib. 

Bura kəşfiyyat və informasiya mübadiləsi də daxil ola bilər. Ancaq ortaq mübarizənin hələ ki gizli qalması razılaşdırılıb. Bundan artıq görüşün və anlaşmanın detalları bəlli deyil. Əlavə yalnız o qeyd edilir ki, bir neçə gün öncə İran hərbi təyyarələrinin ilk dəfə olaraq İraqda İŞİD mövqelərini bombardman eləməsi məhz həmin anlaşma əsasında həyata keçirilib. Yəni düyməyə artıq “basılıb”.  
   
***

İranla ABŞ arasında rəsmi Bakının vasitəçiliyi ilə Azərbaycan paytaxtında konfidensial danışıqların getdiyi barədə hələ ötən ay Böyük Britaniya mətbuatı yazmışdı. Az sonra İrandan təkzib xarakterli açıqlama yayılsa da, görünür, regiondakı təhlükəli situasiyanın diktə elədiyi yeni şərtlər tərəfləri təzədən ortaq məsələ ətrafında bir araya gəlməyə vadar edib. Çünki ayrı-ayrılıqda nə ABŞ, nə də İran İŞİD-i qısa zamanda neytrallaşdırmaq gücündə deyillər. 



Ancaq məsələ təkcə İŞİD-lə bağlı olmaya, İŞİD sadəcə olaraq vəsilə rolunda da çıxış edə bilər. İş ondadır ki, bu qorxulu hörgütün sıradan çıxarılmasına yönəlik birgə addımlar hər iki ölkənin çıxarlarına yüzdə yüz cavab verməklə yanaşı, Tehran-Vaşinqton (Qərb) dialoqu üçün daha münbit atmosfer yaradır. Böyük ehtimalla, belə də olacaq və ABŞ dövlət katibi Con Kerrinin söylədiyi kimi, Tehranın nüvə dosyesinə dair anlaşma qarşıdakı 3 ay ərzində gerçəkləşəcək.



İran-ABŞ münasibətlərində ilıqlaşma bir neçə ildir ki, müşahidə edilməkdədir. Proses ələlxüsus, daha praqmatik siyasətçi sayılan Həsən Ruhaninin prezident kürsüsünə oturmasından sonra sürətlənib. Təbii ki, ölkənin ali dini liderinin rüsxəti olmadan bu, mümkün olmazdı. Demək, ABŞ-la dialoqa ən yüksək səviyyədə “yaşıl işıq” yandırılıb. 

Vurğulayaq ki, Ruhaninin hakimiyyətə gəlişi Tehrana qarşı sanksiyaların təsirinin pik həddə çatdığı, az sonra isə Qərbin Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi dönəmə təsadüf elədi. Situasiyanın özəlliyi də elə bundadır: əgər Qərb Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün İran qazına, deməli, İrana ehtiyac duydusa, embarqoların ağır təsirini öz üzərində qabarıq hiss edən Tehran da yeni duruma sanksiyalardan qurtulmaq şansı kimi baxmağa başladı. Nəticədə nüvə danışıqları qısa zamanda irəli getdi, 34 ildə ilk dəfə olaraq ABŞİran prezidentləri telefonla danışdılar və s. bu kimi qarşılıqlı jestlər, mesajlar.



Ayrı sözlə, Rusiya, İŞİD məsələlərinə qədər də ABŞAvropa ilə münasibətlərdə müsbət addımlar atılmış, maliyyə və digər sanksiyaların çoxu götürülmüşdü. O cümlədən Tehranın Qərb banklarında dondurulmuş pulunun bir hissəsi qaytarılmışdı. Hətta bəzi Qərb ölkələri ilə diplomatik münasibətlər minimum səviyyədə bərpa edilib. 

İndi isə əlaqələri sahmana salmaq üçün əlavə iki mühüm amil ortaya çıxıb - Rusiya və İŞİD. Bu xüsusda Bakıdakı məxfi danışıqlara və əldə olunan anlaşmaya daha uzaq gedən hədəflərə hesablanmış niyyətlər kontekstində baxmaq lazım gəlir. 



***
Onu da qeyd edək ki, Azərbaycanın iki böyük və rəqib dövlətin barış məkanına çevrilməsi, bu danışıqlarda ev sahibliyi etməklə və ya fraqmental iştirakla olsa belə, əlbəttə ki, Bakının diplomatik uğurudur və ölkəmizin nəfinə işləyəcək ciddi pozitiv hadisədir. Keşkə, bu uğurlar arta və Qarabağ nizamlanması sferasına da adlaya. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar