Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda alman ayısı Baddiyə heykəl qoyuldu –Foto


Almaniyanın Azərbaycandakı səfirliyi bu gün rəngarəng "Baddi ayısı" heykəlinin İSR Plaza binasının qarşısında rəsmi açılış mərasimini keçirdi


Mərasimi açan səfir Mixael Kindsqrab bildirdi ki, Belinin simvolu sayılan “Baddi ayısı” iki ölkə arasındakı dostluğun rəmzi olacaq. Heykəlin İSR Plazanın binasının yaxınlığında yerləşdirilməsinə gəlincə, M.Kindsqrab, Almaniya səfirliyinin 2002-ci ildən İSR Plazada yerləşdiyini xatırlatdı: “Mənə sual verirlər ki, səfirliyiniz niyə xüsusi bir villada yerləşmir. Mən də cavab olaraq bildirirəm ki, İSR Plazanın yüksək mərtəbəsinin pəncərələrindən Bakının gözəl mənzərəsini, mavi Xəzər dənizini seyr etmək mümkündür. Əgər başqa bir yerdə bu gözəl mənzərəni görmək üçün məkan olarsa, biz ora köçə bilərik. Amma belə bir məkan olmadığından bizim üçün İSR Plazada qalmaq xoşdur”.

Xatırladaq ki, bu ayı hal-hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur.

Qeyd edək ki, 2015-ci ildə heykəli rəngləməklə bağlı müsabiqə təşkil edilmişdi. Müsabiqə səfirlik, Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasının birgə layihəsi idi. Müsabiqəyə 35 ədəd dizayn işi təqdim olunmuşdu. Səfir bildirdi ki, ayının heykəli Bakıya ağ şəkildə gəlib. Heykəl Münsiflər Heyəti tərəfindən seçilmiş rəssam Güllər Həşimova tərəfindən Almaniya və Azərbaycan mədəniyyətlərinə xas elementlər əsasında rənglənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar