Nəsimi rayonu Səməd Vurğun küçəsində piyada vurma hadisəsi baş verib
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, Təzə Bazar adlanan yerdə 8 saylı sərnişin avtobusu yolu keçmək istəyən 73 yaşlı Simuzər Məmmədovanı vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan Simuzər Məmmədovanı vəziyyətinin ağır olduğunu bildiriblər. Sürücü polis əməkdaşları tərəfindən dindirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Faktla əlaqədar araşdırmalar davam edir.
pia.az