Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobus xətləri niyə tez-tez dəyişir? - Video


Son günlər paytaxtdaxili bəzi marşurut avtobusları xətlərində edilən dəyişikliklər sərnişinlərdə əməlli-başlı çaşqınlıq və narazılıq yaradıb


Bir ünvandan başqa bir ünvana getmək istəyən insanlar azi iki-üç avtobusa minməli olur.Bu isə sərnişinlər üçün əlavə əziyyət və xərc deməkdir.

PİA.AZ "Xəzər xəbər"ə istinadən bildirir ki, bir neçə marşurut avtobusunun xətti ləğv edilib. Bəzilərinin isə ya gedəcəyi məsafə qısaldılıb, ya da digərləri ilə dəyişdirilib. Son vaxtlar marşurut xətlərində edilən belə dəyşikliklər paytaxt sakinlərini sözün əsl mənasında çaş-baş salıb.

Bu isə həm vaxt itkisinə səbəb olur, həm də sərnişinləri əlavə əziyyətə və xərcə salır.

Sərnişinlər eyni zamanda əvvəlki illərdə avtobus xətlərinin belə tez-tez dəyişdirilmədiyini deyirlər.

Məsələ ilə bağlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin sözcüsü Şəfa Mehmanqızı isə bildirdi ki, avtobus xətlərində edilən dəyşikliklərin səbəbi ``Baku Bus``ın avtobuslarının xəttə buraxılmasıdır. Ümumilikdə 14 marşurut xətti üzrə hərəkət edəcək avtobuslar hələlik 4 istiqamətdə fəaliyyət göstərir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar