Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobusla minik maşını toqquşdu, yaralılar var


Bakının Nobel prospektində 3 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib


APA-nın məlumatına görə, qəza zamanı "İsuzu" markalı 90 RB 233 dövlət nömrə nişanlı 57 saylı marşrut avtobusu və 10 LK 639 nömrəli  "Volkswagen Passat" toqquşub. Qəza nəticəsində "Passat"ın sürücüsü, 22 yaşlı Kənan Ağayev ağır,  sərnişinləri - 23 yaşlı Bayram Məmmədov və 23 yaşlı Leyla Məmmədova yüngül xəsarət alıblar.  Yaralılar  əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Xoşbəxtlikdən, avtobusda sərnişin olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. 
 
Qeyd edək ki, qəza Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsinə baş verib.
 
İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin işıqforun qırmızı işığında hərəkət edərək digərinin yoluna çıxması səbəb olub. Hadisəyə səbəb olmuş sürücü yaxınlıqdakı təhlükəsiz şəhər kamerası vasitəsi ilə müəyyən olunacaq.
 
Qəza yerinə evakuator çağırıldıqdan sonra hər iki maşın cərimə meydançasına aparılıb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar