Alovun ətrafa yayılmasının qarşısı alınıb
Bakıda vətəndaşa məxsus “Mercedes” avtomobili naməlum səbəbdən yanıb.
PİA.AZ FHN mətbuat mərkəzinə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Məlumata görə, yanğınsöndürənlər alovun qarşısını alıb və yanğının yaxınlıqda olan tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırmalar davam edir.