Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib


"Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq "Milli rəqs və musiqi” festivalı keçirilib


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov tədbiri giriş sözü ilə açaraq festivala qatılan 400-ə yaxın iştirakçını salamladı: "Mən ilk növbədə ölkəmizin mədəniyyət siyasətinə öz tövhəsini verən "Odlar yurdu” qrupunun rəhbərinə öz minnətdarlığımı bildirirəm. Azərbaycan mədəniyyətinin özünəqayıdışı, dünyaya təqdim olunması, kompleks təbliği məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bugün reallaşdırdığımız bu möhtəşəm festival da Mehriban xanımın apardığı uğurlu siyasətin bariz nümunəsidir. Hesab edirəm 2017-ci ildə Bahar bayramını 400-ə yaxın mədəniyyət nümayəndəsi ilə qeyd etmək olduqca şərəfli və məsuliyyətlidir.”


Sonra Millət Vəkili Elşən Musayev çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük önəm verdiyini dedi: "Çox sevindirici haldır ki, bugün Azərbaycan mədəniyyətinin dünyada təbliğində təkcə dövlət qurumları yox, eyni zamanda, vətəndaş cəmiyyətinin üzvləri, QHT-lər də fəal şəkildə iştirak edirlər. Bugün ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət sahəsində minlərlə layihə reallaşdırılıbdır. Məhz bu layihələrin məntiqi nəticəsidir ki, demək olar ki, bütün dünya bizim ölkəmizi tolerant, multikultral ölkə kimi tanımaqdadır.”

Daha sonra "Odlar yurdu” qrupunun rəhbəri Gülxar İbrahimova çıxış edərək təmsil etdiyi qurum adından festivalda iştirak edən bütün xarici qonaqları salamladı: "Bu illər ərzində biz onlarla beynəlxalq festival həyata keçirmişik. Ümid edirəm bu festival da hər kəsin ürəyincə olacaqdır. Bugün reallaşdırdığımız festivalda 8 ölkədən 250-ə yaxın xarici qonaq gəlib. Bütövlükdə isə fesivalda 400-ə yaxın iştirakçı iştirak edir.”

Daha sonra natiqlər bildiriblər ki, beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edib. Festivalının təşkil olunmasında məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluq əlaqələrini gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

Diqqətə çatdırılıb ki, Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Sayca üçüncü dəfə təşkil olunan beynəlxalq "Milli rəqs və musiqi” festivalına ilbəil marağın artdığını söyləyən natiqlər vurğulayıblar ki, hazırkı tədbirə dünyanın 8 ölkəsindən 250-ə yaxın iştirakçı qatılıb.

Sonra iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq musiqilərini və rəqslərini təqdim ediblər.

Sonda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub. (7news.az)

 pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar