Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bıçaqlanma hadisəsi baş verib



Bakının Qaradağ rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib


PİA.AZ APA-a istinadən xəbər verir ki, gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə naməlum şəxs gətirilib. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.
 
Araşdırma zamanı məlum olub ki, yaralı 34 yaşlı Süleyman Musa oğlu Kazımovdur. Onun xəsarətinin bıçaqlanmaya xas olduğunu müəyyənləşdirən həkimlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
 
Polis əməkdaşlarının apardığı ilkin araşdırma nəticəsində hadisənin baş verdiyi yer və bəzi detalları üzə çıxıb. Məlum olub ki, hadisə Qaradağ rayonun Lökbatan qəsəbəsində, "İkinci massiv" adlanan yaşayış məntəqəsində baş verib.
 
Məlumata görə, Süleyman Kazımov kirayədə yaşadığı evdə daha iki tanışı ilə yeyib-içib. Tanışlar arasında mübahisə yaranıb. Tanışlarından biri masanın üstündəki bıçaqla Süleyman Kazımovu vurub. Həmin şəxs dərhal hadisə yerini tərk edib. Tanışını bıçaqlayan şəxsi saxlamaq hələlik mümkün olmayıb. İstintaq sirri olduğundan, cinayətkarın adı açıqlanmır.
 
Faktı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi araşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar