Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda binaya şəxsi lift tikilir



Bakının mərkəzində 5 mərtəbəli yaşayış binasının həyətində lift üçün şaxta tikilir


Bu lift binanın 5-ci mərtəbəsindəki mənzili yenicə alan naməlum zəngin tərəfindən qoyulur.

Virtualaz.org saytı xəbər verir ki, bina sakinlərinin narazılığına, görənlərin isə təəccübünə səbəb olan bu hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 59a ünvanında (Mərkəzi Poçtla üzbəüz) baş verib. Yeni mənzil alan şəxs 5-ci mərtəbəyə qalxmaq üçün binanın böyründə özünə xüsusi lift tikdirir.

Qeyd edək ki, adıçəkilən yaşayış binasında ümumiyyətlə lift olmayıb. Binanın yeni sakini olan naməlum zəngin lifti binanın həyətində sakinlərin ümumi isifadəsində olan ərazidə tikilir. Sakinlər bundan əvvəl həmin yerdə şəxsi avtomobillərini saxlayırmış. Liftin şaxtasının bir neçə metrliyində isə bina sakinlərinin istirahət etmək üçün düzəltdiyi “besedka” var.

Virtualaz.org saytının müxbiri sakinlərdən lift tikdirən zənginin kimliyini soruşub. Amma onlar da yeni qonşularını tanımadıqlarını dedilər.

“Bu mənzili kimin aldığını bilmirik. Burada çoxdan idi təmir işləri gedirdi. Bir gün də baxdıq ki, binanın həyətini qazırlar. Fəhlələrdən soruşduq, dedilər lift tikirlər. Bu ərazi bina sakinlərinin ümumi istifadəsindədir. İndi buranı zəbt edib lift tikirlər” - deyə bina sakinləri bildirir.

Müxbirimizin mülkün sahibinin kimliyi ilə bağlı araşdırması nəticəsiz qalıb. Bina sakinlərinin bəziləri yeni mənzil sahibinin kim olduğunu bilmədi, bəziləri isə ümumiyyətlə məsələ haqda danışmaqdan imtina etdi.

Bu bina ilə bağlı başqa bir maraqlı məqam da var. Bina sözügedən mənzildə tikinti işləri aparılan zaman üzlənib. Onu da qeyd edək ki, lift tikilən evin artırması da var. Halbuki Ü.Hacıbəyli küçəsində olan binaların heç birində əlavə tikili yoxdur. Yalnız ayrıca lifti olacaq mənzilin əlavə tikilisinin olması da diqqətçəkən məqamlardandır.

Xatırladaq ki, yaşayış binalarında sonradan bu cür əlavə artırmaların tikilməsi qadağandır. Məsələni gündəmdə saxlamağa və kimliyi bilinməyən həmin zəngini tapmağa çalışacağıq.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar