Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bir ailəni zəhərləyib öldürən kimdir?


Bakıda iki nəfəri zəhərləyərək öldürməkdə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanova ömürlük həbs cəzası verilib


A.Qəhrəmanov Bakı sakini Aidə Yəhyayeva və onun qardaşı qızı Samirəni qurğuşunla zəhərləyib öldürməkdə təqsirləndirilib. 

PİA.AZ bildirir ki, A.Qəhrəmanovla bağlı axar.az-a daxil olan xəbərdə bildirilir ki, qurğuşun təkcə Aidə və Samirəni yox, onun özünü də zəhərləyib. 

Məlumata görə, məhbus uzun müddət müalicə olunub. Xəstəxanadan çıxandan sonra qeyri-rəsmi nikahda yaşadığı Aidənin də qurğuşundan zəhərləndiyini görüb. Lakin Aidə və Samirənin həyatını xilas etmək mümkün olmayıb. 

Bundan sonra Türkiyədə yaşayan Nazilə Yəhyayeva bacısının öldürülməsi iddiası ilə məhkəməyə müraciət edərək Qəhrəmanovu həbs etdirib. A.Qəhrəmanov deyib ki, buna qədər Yəhyayevlər ailəsində Aidənin digər yaxınları da qurğuşundan zəhərlənərək ölüblər. Üstəlik, onları öldürmək niyyəti olsaydı, özü də zəhərlənməzdi. 

Məhkum baş verən hadisəni Aidə ilə birlikdə tikdirdiyi mənzillə əlaqələndirib. Deyib ki, Aidənin digər bacısı İndira evə sahiblənmək üçün hamını zəhərləyib. Ancaq istintaqın yekununda məhkəmə ona ömürlük həbs kəsib. A.Qəhrəmanov ölkə başçısı, baş prokuror, ombudsmana müraciət edərək kömək istəyib. O, hökmü ədalətsiz hesab edir və özünü günahsız sayır. 

Qeyd edək ki, bu iş üzrə əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, nə istintaq zamanı, nə də məhkəmə prosesində Aydın Qəhrəmanov ona elan olunmuş ittihamlarla razılaşıb. O, heç kimi öldürmədiyini, əksinə, hər iki mərhumun, hətta onun özünün də İndira Yəhyayeva tərəfindən qurğuşun tozu ilə zəhərləndirildiyini bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar