Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda böyük banda zərərsizləşdirilib


Yaxalananlar arasında yeniyetmələr də var


Bakıda avtomobilləri qaçıraraq yandıran dəstə zərərsizləşdirilib. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar - Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Fərid Əsgərov, 1996-cı il təvəllüdlü Əziz Quliyev və 1995-ci il təvəllüdlü Mirsaleh Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Emil Muradov, 1996-cı il təvəllüdlü Qüdrət Əliyev, 1995-ci il təvəllüdlü Nicat Abdullayev və 1988-ci il təvəllüdlü Vasif Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus "VAZ-2102" markalı avtomobili qaçırmış və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus "VAZ-21011" markalı avtomobili qaçırıblar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev də yaxalanıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar