Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda cibgir qadın tutuldu


Nərgiz Ağammedova əvvəllər də məhkum olunub


Bakıda müxtəlif vaxtlarda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağammedova tutulub.

Məlum olub ki, o, 2013-cü ilin noyabrın 10-da 35 saylı xətt avtobusunda Reyhan Quliyevaya məxsus, içərisində şəxsiyyət vəsiqəsi, metro kartı və bankomat kartları olan pul kisəsi oğurlamış və daha sonra bankomat kartından 1575 manat pul çıxarıb.

Bundan başqa, 2013-cü il dekabrın 16-da 55 saylı xətt avtobusunda Məlahət Bədəlovanın əl çantasından 295 manat, dekabrın 17-də Ruhiyyə Alışanovanın əl çantasından 500 manat, bu il yanvarın 7-də 81 saylı xətt avtobusunda Aynur Əliyevanın əl çantasından mobil telefon, aprelin 9-da 186 saylı xətt avtobusunda Vəfa Səmədovanın əl çantasından 192 manat və şəxsiyyət vəsiqəsi, aprelin 16-da isə Q.Qarayev küçəsində yerləşən mağazada Püstəxanım Zeynalovanın əl çantasından 90 manat və şəxsi sənədlərini oğurlayıb.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar