Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir yol biabırçılığı - Foto


Bir müddət əvvəl təmirə dayandırılan Binəqədi-Biləcəri yolunda təmir-bərpa işləri yarımçıq saxlanılıb


Ərazidə yaşayan sakinlərin AZXEBER.COM-a verdikləri məlumata görə, yolun  DSK adlanan əraziyə qədər olan hissəsində yeni kanalizasiya xətlərinin çəkilməsindən sonra yolda müəyyən işlər görülməyə başlanılıb. Yol genişləndirilib və piyadaların sərbəst hərəkətini təmin etmək üçün səkilər düzəldilməsi nəzərdə tutulub. Ancaq bağlı qalan yol bir neçə həftə sonra yarımçıq istifadəyə verilib.

Sakinlərin sözlərinə görə, yolun yarımçıq istifadəyə verilməsi ərazidə baş verəcək qəzaların da sayını artıracaq:

“Yolun ortasında qum topaları da var ki, bu yarımçıq istifadəyə verilən yolda avtomobil qəzalarının da baş verməsinə səbəb ola bilər. Bununla yanaşı yolda işıqlandırma sisteminin olmaması da bu ehtimalı daha da gücləndirir”.

Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxladıq. Mətbuat katibi yolun yarımçıq istifadəyə verilməsi xəbərini yalanlayıb. O yolda hələ işlərin davam etdirildiyini bildirib.  

“Xeyir yol hələ istifadəyə verilməyib. Yolda təmir işləri hələ də davam edir”.

P.S Əraziyə baxış keçirən əməkdaşımız isə yolda avtomobillərin hərəkətdə olduğunu və yolun yarımçıq istifadəyə verdiyini təsdiqləyib.

Ərazidən çəkilən fotoları təqdim edirik:


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar