Bu gündən başlayaraq 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb
Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılan mərkəzin xidmətlərindən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2 il 6 ay ərzində “ASAN Xidmət” mərkəzlərinə 5 milyondan artıq müraciət daxil olub. (apa)
pia.az