Bu gün səhər tezdən Bakıda 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi xeyli ucuzlaşıb
Aznews.az-ın əməkdaşının paytaxtda apardığı müşahidəyə görə, hazırda 1 dolların alışı 80 qəpiyə, satışı isə 1 manat 5 qəpik olub.
Dolların məzənnəsinin düşməsi əsasən şəhərin mərkəzində, 28 may küçəsində yerləşən valyuta dəyişmə məntəqələrində müşahidə edilib.
Qeyd edək ki, dünən 1 ABŞ dollarının alışı 96 qəpik, satışı isə 1 manat 2 qəpik idi.
Ötən həftənin şənbə günü isə Azərbaycanın Mərkəzi Bankı 1 ABŞ dollarının məzənnəsini 1.05 manat, 1 avronun məzənnəsini isə 1.19 manat kimi dəyərləndirmişdi.
pia.az