Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ekstrasens yazdığı duaya görə öldürüldü



Qətli törədən Məhəbbət Cahangirov "Azəriqaz"ın hüquqşünası olub


Ötən gün Bakının Səbail rayonunda ekstrasensi öldürən şəxs saxlanılıb. 

Rayon Prokurorluğundan verilən məlumata görə, İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutulub. Saxlanılan şəxs Bakıya gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, Məhəbbət Cahangirov ekstrasensi yazdığı duaya görə öldürüb.

Belə ki, Məhəbbət Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə Tahir Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub. Ağrıları çoxalıb. İşində problemlər yaranıb.

Bu səbəbdən Məhəbbət Cahangirov ekstrasensdən intiqam almaq istəyib.

Qeyd edək ki, M. Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünasıdır. Ali təhsilli hüquqşünas subaydır.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb. Tahir Talıbov qətlə yetirildiyi ünvanda esktrasensliklə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar