Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ərzaq qıtlığı təşvişi


Rusiyanın iqtisadi çöküşü Azərbaycan vətəndaşlarını da təlaşa salıb; insanlar ölkədə qida qıtlığının yaranacağından ciddi narahatdırlar; bu panikanı işbazların da yayması istisna olunmur


Krımın işğalından sonra Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını çökdürməsi artıq region ölkələrinə də təsir edib. Rusiyanın iqtisadi çöküşünün fəsadları Cənubi Qafqaz regionuna kimi gəlib çatıb

Artıq rus böhranı Ermənistanı ciddi şəkildə vurub. Bu ölkənin valyutası olan dram ucuzlaşıb, ölkədə bahalaşma başlayıb. Bu isə ciddi etirazlara səbəb olub. Gürcüstanda da artıq lari dəyərdən düşməyə başlayır və qiymətlərdə artım müşahidə olunmaqdadır. 

Rusiyaya qarşı sanksiyaların  Azərbaycana real təsiri isə hələ ki dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Bu prosesin Azərbaycan iqtisadiyyatına zərbə vuracağı şübhəsizdir. Amma ekspertlər hesablayırlar ki, bunun fəsadları özünü hələ bir müddət sonra göstərəcək.

Bununla belə, Rusiyadakı böhranla bağlı Azərbaycan ictimaiyyətində çox ciddi narahatlıq var. İlk növbədə bu, onunla bağlıdır ki, Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti hər il burdakı yaxınlarına pul göndərir, dəstək verirlər. İndi Rusiyada vəziyyətin pisləşməsi, rublun dəyərdən düşməsi  ciddi şəkildə bu ölkədən Azərbaycana daxil olan pul kütləsinin azalmasına səbəb olub. Bu isə xeyli vətəndaşımızı narahat edir və onların maddi durumuna ciddi təsir göstərir.

Eyni zamanda Rusiyadakı vəziyyət Azərbaycanda bir ərzaq qıtlığı təşvişi yaradıb. Rusiyanın bir sıra bölgələrində yaşanan ərzaq qıtlığı, dükanların bir çoxunun demək olar ki, boş olması, SSRİ dönəmində olduğu kimi, ərzaq mağazaları qarşısında növbələrin yaranması barədə Bakıya gəlib çatan xəbərlər insanları Azərbaycanda da belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı təşvişə salıb. Əməkdaşlarımızın paytaxtın müxtəlif yerlərində, ictimai nəqliyyatlarda apardıqları müşahidələr onu göstərib ki, əksər yerlərdə insanlar Rusiyadakı böhrandan və bunun bütün dünyaya, həmçinin Azərbaycana təsirindən danışırlar. Belə məlum olub ki, Azərbaycan insanı Rusiya ətrafında baş verənləri çox diqqətlə və narahatlıqla izləyir. 

İnsanları daha çox düşündürən isə Rusiyanın çöküşünün Azərbaycana necə təsir edəcəyi, Dağlıq Qarabağ məsələsinə nə verə biləcəyi və ölkə iqtisadiyyatında hansı durumun yaranacağıdı. Əməkdaşlarımızın müşahidələri zamanı məlum olub ki, insanlar daha çox bir-birinə Rusiyada yaşanan ərzaq qıtlığının Azərbaycanda da təkrarlana biləcəyini söyləyir və indidən “yaman gün” üçün tədarük görməyi məsləhət verirlər. 

Camaat arasında yaşanan təşvişdən doğan məsləhətlər əsasən onların bir-birinə konservləşdirilmiş məhsullar, un və un məmulatları, düyü, qreçka, vermişel, bəzi kənd təsərrüfatı məhsulları ehtiyatı görməklə bağlıdır.  Bir çox vətəndaşlar Rusiyadakı bu krizin ciddi şəkildə Azərbaycanı da vuracağı qənaətindədirlər.

Ekspertlərin fikrincə,  əslində Azərbaycan vətəndaşlarının bu cür narahatlığı başadüşüləndir.  Çünki Rusiyadakı böhranın  bütün dünyaya, həmçinin region ölkələrinə ciddi təsir edəcəyi şübhəsizdir. İqtisadçılar hesab edir ki, yaxın dövrlərdə Azərbaycanda ciddi ərzaq qıtlığı gözlənilməsə də, bahalaşmanın olacağı qaçılmaz görünür. Onların fikrincə, insanları təlaşlandıran həm də bu amildir. Eyni zamanda ekspertlər düşünürlər ki, Rusiyadakı böhran uzun müddət davam etsə, bəzi ərzaq məhsulları ilə bağlı Azərbaycanda da müəyyən problemlər yarana bilər.

Bununla belə, bu cür fikirlər də var ki, insanlar arasında ərzaq qıtlığı təşvişi qəsdən də yaradıla bilər.  Böyük biznesmenlərin, işbazların öz məhsullarının tez və kütləvi satışına nail olması üçün insanlar arasında belə panika yaratması mümkündür. Amma istənilən halda, səbəbindən asılı olmayaraq,  bu gün Azərbaycan vətəndaşları, xüsusən də Bakı sakinləri arasında real olaraq ərzaq qıtlığı təşvişi yaşanır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar