Sentyabrın 14-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda ev yanıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:02-də söndürülüb.
Faktla bağlı araşdırma aparılır.