Bakı şəhəri Nəsimi rayonunda mənzildə 1929-cu il təvəllüdlü Buqriyeva Lidiya Aleksandrovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Xilasedicilər mənzilə baxış keçirərkən L. Buqriyevanın meyitini çarpayıda aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.