Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda gənc qızdan intihara cəhd


Hadisə bu gün Dənizkənari Milli Parkda baş verib


Dənizkənari Milli Park yenə canına qıymaq istəyən gənc qıza şahidlik etmək məcburiyyətində qalıb. Hicablı xanım dərman içərək canına qıymaq istəyib. İstirahətə gələnlərin müdaxiləsi faciənin qarşısını alıb.

Bu gün günorta saatlarında Bakı bulvarında hicablı qız intihar etmək istəyib. Hadisə şahidlərinin lentə aldığı kadrlardan da görünür ki, gənc qız əvvəlcə aptekdən müxtəlif növ güclü psixotrop dərmanlar alıb. Daha sonra isə bulvara gələrək dərmanları qəbul edib. Qızın intihar etdiyini görən sakinlər onu fikrindən daşındırmağa cəhd ediblər. Qızın əhvalının pisləşdiyini görən şahidlər dərhal Təcili Tibbi Yardım Stansiyasına məlumat veriblər.

Hadisə yerinə cəlb olunan həkimlər tərəfindən qıza təcili yardım edilib. Daha sonra halı pisləşən qız təcili yardım avtomaşını ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, qız ailədaxili problemlər səbəbindən intihara cəhd etmək istəyib. Hadisə ilə bağlı artıq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə də məlumat verilib. Qızın intihara cəhd etməsinin səbəblərini və onun şəxsiyyətini müəyyən etmək üçün başlanan araşdırmalar davam etdirilir.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar