Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan “Addio” kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, kafe yanğından mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az