Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçiriləcəyi nəzərdə tutulan beynəlxalq forum təxirə salındı


Oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə düşüb


BakıPost.az-a daxil olan məlumata görə, bu gözlənilməz qərar Diasporla İş Üzrə Dövlət Komitəsində şok effekt yaradıb. Bütün təşkilati məsələlərin yekunlaşması, xarici iştirakçılara dəvətlərin göndərilməsindən sonra tədbirin ləğvi ciddi narahatlığa səbəb olub. 

Artıq dəvət olunan şəxslərə tədbirin baş tutmayacağı barədə məktub göndərilib. Prezident İlham Əliyevin də iştirakı nəzərdə tutulan tədbirin təxirə düşməsinin dəqiq səbəbləri bilinməsə də, qərarın birinci şəxs tərəfindən verildiyi şübhə doğurmur. Ehtimal olunur ki, Nazim İbrahimovun təqdim etdiyi iştirakçı siyahısı birmənalı qarşılanmayıb. Siyahıya salınan adlar və tədbirin ssenarisi Forumun daha çox formal xarakter daşıyacağı fikrini yaradıb. Buna görə də, tədbirin təxirə salınması göstərişi verilib.

Qeyd edək ki, forum barədə məlumatı dünən Diasporla İş Üzrə Dövlət Komitəsi yayımışdı. Məlumatda bildirilirdi ki, 28 oktyabrda “Fairmont” otelində baş tutacaq açılış törənində Prezident İlham Əliyev də iştirak edəcək. Forumda kənd təsərrüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcək. Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil, tikiş, habelə digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənildiyi bildirilirdi.

Məsələ ilə bağlı Baki Post.az-ın əməkdaşı komitənin mətbuat xidməti ilə əlaqə saxalayıb. Xidmət əməkdaşları xəbəri təkzib etməyiblər: “Bu məlumat sizə haradan daxil olub? Bu barədə bizdə dəqiq məlumat yoxdur. Hazırda bu haqda dəqiqləşdirmələr aparılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar