Faciəvi hadisə Nizami rayonunda baş verib
Bakı şəhərində naməlum kişi binadan yıxılaraq ölüb.
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Ə. Kürçaylı küçəsində qeydə alınıb.
Həmin keçədə 40-45 yaşlı kişi 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki dəhlizin pəncərəsindən yıxılıb Kişi hadisə yerindəcə keçinib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.