Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda körpüyə çıxan kişi xilas edildi -Foto


Xilasedicilər onunla psixoloji söhbət aparıblar


 Bakıda intihar məqsədi ilə körpüyə çıxan 62 yaşlı Yusif Abbasov Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində ölümdən xilas olunub. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Yusif Abbasov psixoloji danışıqlardan sonra intihar fikrindən əl çəkib. Onu xilasedicilər körpüdən düşürüblər. Əlindəki yanacaq dolu qab götürülüb.

Yusif Abbasova ilkin tibbi yardım göstərildikdən sonra ifadəsi alınmaq üçün polisə aparılıb.

Qeyd edək ki, bir saat əvvəl 62 yaşlı Yusif Abbasov “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxaraq intihar etmək istəyib. Yusif Abbasov özünü yandıracağını bildirib.

Y.Abbasov günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını qeyd edib.

Bundan başqa, Yusif Abbasov maddi durumunun çox aşağı olmasından da şikayətlənib.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar